ABŞ Rusiya qüvvələrinin Kiyevə hücumuna hazırlıq əlamətləri görmür.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib.
“Biz hazırda rusların Kiyevə hücumuna dair heç bir dəlil görmürük” deyən Kirbi ABŞ-ın vəziyyəti”mümkün qədər yaxından izləyəcəyini” də əlavə edib.
Bu arada “Evening Standard” nəşri rəsmilərə istinadən Qərb ölkələrinin Rusiya ilə münaqişədə Ukraynaya “həlledici üstünlük” vermək üçün ona hansı yardımı göstərməyi nəzərdən keçirdiyi barədə yazıb.
KİV-in məlumatına görə, Kiyev Rusiyanın hərbi strategiyalarını “əvvəlcədən görmək” üçün avadanlıq ala bilər. Rəsmilərdən biri müasir döyüş təyyarələrinin daha sonra Ukraynaya verilə biləcəyini təklif edib.
Yeri gəlmişkən, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq son çıxışı zamanı bildirib ki, NATO-nun 2023-cü ilin yazında guya Ukrayna münaqişəsinin kəskinləşməsindən ehtiyat edir, çünki Rusiya Federasiyasının mümkün qələbəsi alyans üçün nəticələrə gətirib çıxaracaq(?).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB