"İmkanı olsaydı, ABŞ çoxdan Rusiyanı məhv etməyə başlamışdı"

"İmkanı olsaydı, ABŞ çoxdan Rusiyanı məhv etməyə başlamışdı"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, ABŞ-ın Rusiyanı məhv etmək üçün əlinə düşəcək ilk imkandan yararlanacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Zaxarova bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin bəyanatını şərh edərkən bildirib.

Qeyd edək ki, Ağ Evin sözçüsü Jean-Pierre keçirdiyi son brifinqdə Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq üçün bir yol olarsa belə, ABŞ-ın dərhal bundan istifadə edəcəyini bildirib.

Mariya Zaxarovanın sözlərinə görə, bu gün ABŞ bütün dünyanı və hətta bütün Kainatı ələ keçirmək üçün istənilən əlverişli üsuldan istifadə edəcək.

Əgər Rusiyanı məhv etməyin bir yolu olsaydı, dərhal buna başlayardılar. Dünyadakı bütün nefti, bütün qazı, bütün qızılı, bütün almazları, bütün içməli suyu və hər şeyi ələ keçirməyin bir yolu olsaydı, amerikalılar bunu dərhal edərdilər.

“...Kainatı ələ keçirməyin bir yolu olsaydı, onlar da dərhal bunu etməyə başlayardılar. Sadəcə olaraq belə bir yol yoxdur, şükür Allaha. Əks halda, onlar dərhal bütün bunlara başlayardılar”-deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə