Tailandın 44 yaşlı vəliəhd şahzadəsi Bajrakitiyabha Narendira Debyavati xəstəxanada həyatı üçün mübarizə aparır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, şəhzadə gəzinti zamanı infarkt keçirib. Tailand kralı Maha Vajiralonqkornun böyük qızı, vəliəhd şahzadəsi helikopterlə xəstəxanaya çatdırılıb.
Tailand mətbuatında yer alan xəbərə görə, vəliəhd şahzadənin vəziyyəti ağır və həyatı üçün təhlükəlidir.
Şahzadənin ürəyinin dayandığı və ürək masajından sonra həyata döndüyü bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB