Putin ümidlidir: 2030-cu ilə qədər Şərq rus qaz alışını artıracaq
Rusiya təbii qazının Şərqə nəqli 88 milyard kubmetrə qədər artacaq.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bunu Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin və digər düşmənçilik hərəkətlərinin təsirini azaltmaq üçün ölkədə cənub və şərqdə liman və boru kəməri infrastrukturu inkişaf etdiriləcək. O əlavə edib ki, xüsusilə Rusiya Federasiyası təbii qaz ixracını artıracaq.
“Kovıqta” yatağı, “Sibirin gücü-2”, Uzaq Şərq marşrutu kimi layihələrin həyata keçirilməsi Şərqə qaz tədarükünü 2025-ci ilə qədər 48 milyard kubmetrə, 2030-cu ilə qədər isə 88 milyard kubmetrə çatdırmağa imkan verəcək”.
Belə görünür ki, Putin hələ də ümidlidir.
O, qeyd edib ki, Yamal yarımadasında yeni mayeləşdirilmiş təbii qaz layihələri 2030-cu ilə qədər maye qaz hasilatını 70 milyard kubmetr artırmağa imkan verəcək. Bu, da Rusiya rəhbərinə görə, ixracın coğrafiyasını genişləndirəcək.
Qeyd edək ki, daha əvvəl Rusiya lideri milli valyutanın 2022-ci ildə əhəmiyyətli dərəcədə möhkəmləndiyini və dünyanın ən güclü valyutalarından birinə çevrildiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB