Putin Rusiyada yoxsulluğun azaldığını deyir

Putin Rusiyada yoxsulluğun azaldığını deyir

Rusiya prezidenti Vladimir Putin 2022-ci ildə minimum əmək haqqı alan rusların gəlirlərinin 27,8 faiz artdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri rus saytları yayıb.

Qeyd edək ki, Putin belə bəyanatla Milli Layihələr Şurasının dekabrın 15-də keçirilən iclasında çıxış edib.

Rusiya prezidenti ilin üçüncü rübündə yoxsulluq səviyyəsinin 10,5 faizə düşdüyünü bildirib.

“Əlbəttə, bu kiçik bir hərəkətdir, lakin düzgün istiqamətdə olan hərəkətdir”-deyə Putin bildirib.

Prezident həmçinin, mart-aprel aylarında baş verən ciddi artımdan sonra Rusiyada qiymət səviyyəsinin may ayından etibarən demək olar ki, dəyişmədiyini də bildirib. O, əlavə edib ki, ən yoxsul insanların gəlirlərinin artması bərabərsizlik səviyyəsini azaldır.

Yanvar-sentyabr aylarının nəticələrinə görə, Rosstat 17 milyon rusiyalının gəlirlərinin yoxsulluq səviyyəsindən aşağı olduğunu təxmin etmişdi (bütövlükdə əhali üçün göstərici 13 472 rubl, əmək qabiliyyətli əhali üçün - 14 595 rubl). Rosstatın məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə yoxsulluq səviyyəsi bir qədər azalıb.

Bunu da Putin deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə