Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb

Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə, Rusiya və Suriya arasında liderlər səviyyəsində görüş ola biləcəyini deyib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti jurnalistlərin suallarını cavablandırarkək deyib.
Rəcəb Tayyib Ərdoğan liderlər səviyyəsində görüşün ola biləcəyinə işarə edərək, Rusiya prezidenti Vladimir Putinlə məsələni müzakirə etdiklərini bildirib.
Ərdoğan Suriya ilə bağlı atacaqları addımlarda həlledici faktorun Türkiyənin milli maraqları olacağını qeyd edib.
Ərdoğan terror təşkilatlarının neft quyuları vasitəsilə maliyyələşdiyini bildirib və terror təşkilatlarına dəstək verən Amerika Birləşmiş Ştatlarını tənqid edərək deyib: "İndiyə qədər səbirli olmuşuq. Amma artıq səbir bitdi".

Ərdoğan Almaniyanın çevrilişə hazırlaşanlara qarşı həyata keçirdiyi tədbirləri də qiymətləndirərək sözü Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizəyə gtirib.
"Hazırda terror təşkilatının Avropadakı ən mühüm sığınacağı Almaniyadır. PKK/YPG/PYD hazırda haradadır? Orda. FETÖ haradadır? Ordadır''
Prezident Ərdoğan Türkmənistan qazının Türkiyə üzərindən Avropaya çnəqli ilə bağlı deyib: “Türkiyə, Azərbaycan və Türkmənistanın enerji nazirləri yaxın zamanda görüşəcək və bu məsələnin təfərrüatlarını müzakirə edəcəklər”.
Prezident həmçinin Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Rusiyaya qarşı sanksiyalarla bağlı tənqidini “çox çirkin bəyanat” adlandırıb.
"Borrell bizim Rusiya ilə münasibətlərimizi təyin edə və ya tənzimləyə bilməz'',-deyə Türkiyə Prezidenti vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə