Kazanda “qismən” hərbi xidmətə çağırılan 38 yaşlı Almetyevsk sakini Rasim Qabdulxakova qarşı “fərarilik” maddəsi ilə cinayət işi açılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Realnoe Vremya” səfərbər olunanların yaxınlarına istinadən yazır.
Beləliklə, Rasim Qabdulxakov oktyabrın 28-də Almetyevskdə səfərbər edilib, Kazana aparılıb və orada təlim keçməyə başlayıb, noyabrın 9-da isə digər döyüşçülərlə birlikdə Laişevski rayonundakı tank məktəbinin poliqonuna aparılıb. Qohumları deyir ki, Qabdulxakov hərbi kəşfiyyatda xidmət edib, özü də çağırış üçün hərbi komissarlığa gedib və elə həmin gün toplanış məntəqəsinə aparılıb.
Səfərbər olanın qohumu deyir ki, bir gün əsgərlər ayaqyolu kimi istifadə edilən meşəyə gediblər. Həmən vaxt onlardan geri qalan Qabdulxakov azıb. Sonradan məlum olub ki, hamı onsuz gedib. Daha sonra təlim poliqonunda avtomat gizlədərək Kazana doğru gedən əsgər hərbçilər tərəfindən həbs edilib.
Qohum deyir ki, əvvəlcə onu fərarilikdə günahlandırmayıblar, sonra isə silahla qaçmaqda ittiham ediblər.
Nəşr qeyd edir ki, yerli KİV-lər “əlində silahla tank məktəbinin poliqonundan qaçan fərari” barədə məlumat yayanda Mərkəzi Hərbi Dairənin mətbuat xidməti bunu təkzib edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB