İsrail: ''İrana məxsus konvoyu vurduq''

İsrail: ''İrana məxsus konvoyu vurduq''

İsrail Baş Qərargah rəisi Aviv Kohavi keçən ay Suriya-İraq sərhədində İranın silah karvanını vurduqlarını söyləyib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Aviv Kohavi Reyxman Universitetində keçirilən konfransda bildirib.
Hücumun yaşandığı günlərdə ərəb mediası və beynəlxalq mətbuat orqanlarının yayılan xəbərlərdə İraqdan Suriyaya keçən təxminən 15 TIR-ın vurulduğu bildirilir.
Hücumun arxasında İsrailin olduğu vurğulanıb. Hadisədə İran İnqilab Keşikçiləri Korpusunun bəzi üzvlərinin həlak olduğu bildirilib.
Təl-Əviv administrasiyası isə həmin günlərdə hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə