Fransada yağan qar həyatı iflic etdi

Fransada yağan qar həyatı iflic etdi

Fransada, xüsusən də ölkənin şimal bölgələrində yağan qar nəqliyyata mənfi təsir göstərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 25 əyalət qar və buzlanma riskinə görə narıncı həyəcan vəziyyətindədir və qar yağıntısının davam edəcəyi deyilir. Dünəndən etibarən gecə saatlarında qar yağan Parisdə 20 mindən çox nöqtədə buzlanmaya müdaxilə edilib. Orlean və Paris arasında bütün qatar reysləri ləğv edilib. Şarl de Qoll hava limanında uçuşların 20 faizi, Orli hava limanında isə 25 faizi ləğv edilib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə