Danilov Milad bayramı üçün rus qoşunlarının çıxarılmasının mümkünlüyünü yüksək qiymətləndirdi
"Bəzi möcüzələr ola bilər"?

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov prezident Vladimir Zelenskinin Milad bayramında Rusiya qoşunlarının Ukraynadan çıxarılması təklifini şərh edib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, o, Moskvanın belə bir addım atmayacağına inanır.

“Əlbəttə, Miladda bəzi möcüzələr ola bilər, lakin təəssüf ki, bu, Rusiyaya aid deyil. Biz başa düşürük ki, onlar heç yerə getməyəcəklər”, - Danilov telemarafonun efirində deyib.

Eyni zamanda o, rus işğalçılarının Ukrayna ərazisini, o cümlədən Krımı tərk etməyə məcbur ediləcəyinə də əminlik bildirib.

Qeyd edək ki, dekabrın 12-də Ukrayna prezidenti Vladimir Zelenski Moskvanı Milad bayramı münasibətilə qoşunlarını Ukraynadan çıxarmağa dəvət edib.

Onun fikrincə, Moskva bununla öz səmimi niyyətini göstərə bilər.

Bu arada, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ilin sonuna qədər Rusiya qoşunlarının Ukraynadan çıxarılması “mümkün deyil”. Həmçinin Putinin “sağ əli” Ukrayna tərəfinə “bütün bu müddət ərzində formalaşmış reallıqları qəbul etməyi” tövsiyə edib.

Öz növbəsində Fransa prezidenti Emmanuel Makron Rusiya qoşunlarının işğal etdiyi Zaporojye atom elektrik stansiyasının ərazisindən ağır silahların çıxarılmasına dair razılaşmanın əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, hazırda belə bir addımın şərtləri müzakirə olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə