Hindistanın baş naziri niyə Putinlə görüşmək istəmir?

Hindistanın baş naziri niyə Putinlə görüşmək istəmir?

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfər etməkdən imtina etməsi ilə bağlı mesajı anlaşılmazlıq adlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bunu “Valday” Beynəlxalq Diskussiya Klubunun Asiya Konfransı çərçivəsində bildirib.

“Düşünürəm ki, burada bir anlaşılmazlıq var. Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun dediyi kimi, baş nazirin səfəri bu il planlaşdırılmayıb”.

Qeyd edək ki, bundan əvvəl Hindistan hakimiyyəti Hindistan liderinin Rusiya prezidenti Vladimir Putinlə görüşdən imtina etməsinə münasibət bildirib. Qeyd olunur ki, Modi müvafiq qərarı Putinin Ukraynada nüvə silahından istifadə etməklə hədələməsindən sonra qəbul edib.

Yeri gəlmikən, bundan əvvəl Kreml Rusiya və Hindistan başçılarının 2022-ci ilin sonuna qədər görüşməyi planlaşdırmadığını da bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə