“İnflyasiyanı 20 faizə endirmək üçün əllimizdən gələni edəcəyik”

“İnflyasiyanı 20 faizə endirmək üçün əllimizdən gələni edəcəyik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin sonuna qədər inflyasiyanın 20 faizə enməsi üçün əllərindən gələni etmək əzmində olduqlarını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Prezident İqamətgahında Nazirlər Kabinetinin iclasından sonra xalqa açıqlama verən Ərdoğan deyib: “Səhiyyədən təhlükəsizliyə, enerjidən qidaya qədər bəşəriyyətin əsas ehtiyacları ilə bağlı problemlər artıb. Türkiyəni bu ümumi tendensiyadan ayıracaq işlərə diqqət ayırmışıq.

Qlobal böhranların səbəb olduğu digər problem inflyasiya və həyat bahalığıdır.

Əmtəə qiymətlərinin qalxmasında ən önəmli faktor olan xarici faktorların sabitləşməsi bir qədər zaman alacaq. Heç nəyə baxmayaraq, Türkiyə investisiya, məşğulluq, istehsal, ixrac və cari əməliyyatlar üzrə iqtisadi proqramını həyata keçirməyə davam edir.

2023-cü ilin sonunda inflyasiyanın 20 faizə, 2024-cü ildə isə təkrəqəmli rəqəmlərə endirilməsi üçün əllimizdən gələni etmək əzmindəyik.

İnvestorları təşviq etməyə, məşğulluğu dəstəkləməyə, istehsalçıların və ixracatçıların yanında olmağa davam edəcəyik.”

Bütün xəbərlər Facebook səhifəmizdə