"Twitter" satışa çıxarılır

Sosial media nəhəngi "Twitter", gələn ay ofis mebellərini hərraca çıxaracağını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kreslolar, stollar, quş heykəlləri və başqa əşyalar satışa çıxarılır. Satış 17 və 18 yanvar tarixlərində baş tutacaq və "Twitter" həvəskarlarına şirkətdən pay almaq şansı verəcək.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə