G7 liderlərinin bazar ertəsi keçirdikləri video görüşündən sonra yaydığı bəyanatda, Yeddilik Qrup (G7) ölkələri Ukraynanın kritik enerji və su infrastrukturunu bərpa etmək, qorumaq öhdəliyini üzərlərinə götürdükləri deyilir.
“Biz Ukraynaya onun kritik enerji və su infrastrukturunu təmir etmək, bərpa etmək və qorumaqda kömək etməkdə qərarlıyıq. Biz Ukraynaya qışa hazırlaşmağa kömək edəcəyik, onun vətəndaş müqavimətini dəstəkləməyə davam edəcəyik və dekabrın 13-də Parisdə keçiriləcək beynəlxalq konfrans zamanı bu istiqamətdə səylərimizi artıracağıq”.
SİA-nın əldə etdiyi məlumata görə, bu da G7 liderlərinin bəyanatında vurğulanır.
Bundan əlavə, G7 Ukraynanın hava hücumundan müdafiə sistemləri və vasitələri ilə təmin edilməsinə birbaşa diqqət yetirərək, Ukraynanın hərbi və müdafiə texnikasına təcili ehtiyaclarını ödəmək üçün səyləri əlaqələndirməkdə davam etmək niyyətindədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB