İES-in sahibi şəhər sakinlərinə təzminat ödəyəcək

İES-in sahibi şəhər sakinlərinə təzminat ödəyəcək

Qazaxstan prezidenti Kasım-Jomart Tokayev Ekibastuzdakı İES-in sahibi, oliqarx Aleksandr Klebanovdan insanların istiliksiz qalmasına səbəb olan qəzaya görə şəhər sakinlərinə təzminat ödəməyi tələb edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “KazTAG” yayıb.

Qazaxıstan rəhbərinin sözlərinə görə, kompensasiyanın dəyəri İstilik elektrik stansiyası sahibi ilə dövlət arasında bölüşdürülməlidir. O, hökumətə və rayonların hakimlərinə ölkədə mövcud olan hər bir mühüm infrastruktur obyekti ilə bağlı ekspertiza keçirərək qərar qəbul etməyi tapşırıb.

Bundan əlavə, Tokayev İES-in 50 faizinin dövlətin xeyrinə alınmasını, orada sahibinin vəsaiti hesabına əsaslı təmirin aparılmasını və hakimiyyətin idarə edə biləcəyini öyrənmək üçün müstəqil audit yoxlamasını tapşırıb.

Qeyd edək ki, noyabrın 27-nə keçən gecə 150 ​​min əhalisi olan şəhərdə yerli İES-in qazanxanası ekran borularının qopması səbəbindən dayanıb. Bundan sonra daha üç aqreqat “şəbəkə suyunun çox istehlakı səbəbindən fəaliyyətini dayandırıb. Qəza nəticəsində 30 dərəcə şaxtada yüzlərlə ev, əsasən də çoxmənzilli binalar istiliksiz qalıb.

Fövqəladə vəziyyət elan edən şəhər hakimiyyəti, istilik şəbəkələrinin zədələnməsinə səbəb kimi stansiya işçilərinin səhv hərəkətlərini görüb.

Belə ki, təzyiqin qəfil artması qəzaya səbəb olub və bu, çoxlu sayda qırılmalara yol aşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə