Serbiyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Nemanya Staroviç özünü elan edən Kosovoda vəziyyətin geri dönüşü olmayan həddə yaxınlaşdığını açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, Twitter-də yazıb.
“Biz bu gecə Kosovoda geri dönüşü olmayan nöqtəyə yaxınlaşırıq”- deyə Staroviç bildirib.
Onun sözlərinə görə, bunun səbəbi Kosovonun baş naziri Albin Kurtinin hərbiləşdirilmiş polisin köməyi ilə yerli serbləri məhv etmək niyyəti olub.
Serb diplomatı bildirib ki, Kurtinin son 18 ayda birtərəfli fəaliyyəti bu vəziyyətə gətirib çıxarıb. “Qərbin qəsdən korluğu şərikliyə bərabərdir”. Bunun da Staroviç deyib.
Qeyd edək ki, bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç, Kosovo hökumətinin 2022-ci ildə Kosovo serblərinə qarşı rekord sayda insidentlərə icazə verdiyini demişdi.
Xatırladaq ki, şənbə günü, dekabrın 10-da axşam Kosovo və Metoxiya muxtar əyalətlərində iki partlayış səsi eşidilib. Hadisələr Kosovska Mitrovitsadan bir neçə kilometr aralıda yerləşən Zveçan kəndində baş verib. Həmçinin Zubin Potok şəhəri yaxınlığında 15 dəqiqəlik atışma qeydə alınıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB