Rusiya hələ də xüsusi əməliyyatı davam etdirmək niyyətindədir

Rusiya hələ də xüsusi əməliyyatı davam etdirmək niyyətindədir

Belə görünür ki, Rusiya hakimiyyəti Ukraynada xüsusi əməliyyatı davam etdirmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABC televiziyasına müsahibəsində Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Rusiya prezidenti Vladimir Putinin mümkün planları ilə bağlı sualı cavablandıran Kirbi, Rusiya liderinin Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək niyyətində olduğunu bildirib. Lakin, qeyd edək ki, o, Putinin planlarına daha dəqiq qiymət verə bilməyib.

Eyni söhbətdə Kirbi Ukraynada münaqişənin gərginləşməsinin ABŞ-ın maraqlarına uyğun olmadığını da bildirib. Onun sözlərinə görə, Vaşinqton əvvəldən vəziyyətin monitorinqindən danışıb və hərbi əməliyyatların genişlənməsi risklərini nəzərə alıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə