Döyüşə qatılan orta asiyalıya Rusiya vətəndaçlığı veriləcək

Döyüşə qatılan orta asiyalıya Rusiya vətəndaçlığı veriləcək

Moskvanın cənubunda Daxili İşlər Nazirliyinin tərkibinə daxil olan Saxarova miqrasiya mərkəzi ictimai nəqliyyatda Rusiya ordusunda xidmət üçün qırğız, tacik və özbək dillərində elanlar yerləşdirib. Elanda əmək miqrantlarına sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığının alınması vəd edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, artıq dekabr ayından sosial şəbəkələrdə reklamlı fotolar peyda olub. “Mosqortrans”ın mətbuat xidməti RBC-yə bu cür reklamın həqiqətən də iki aydır yerləşdirildiyini təsdiqləyib. Onun miqrasiya mərkəzi tərəfindən sifariş verildiyi və ondan gələn avtobusların marşrutlarında göründüyü iddia edilir.

Qeyd edək ki, payızda Dövlət Duması Rusiya ordusu ilə bir illik müqavilə bağlamış əcnəbilərin vətəndaşlıq almasını sadələşdirən qanun qəbul edib. Bu, Ukrayna ilə müharibədə görünməmiş itkilər, əvəzedicilərin çatışmazlığı, gənclərin hərbi xidmətə və ya səfərbərliyə getməsi ilə bağlı xəbərlər fonunda baş verib.

Özbəkistanın Moskvadakı səfirliyi avqust ayında Rusiyada işləyən vətəndaşlara xatırladıb ki, xarici dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştirak Daşkənd baxımından cinayətdir. Sentyabrda Qırğızıstan səfirliyi və Tacikistan səfirliyi də bunu xatırladıb.

Onu da qeyd edək ki, bu mesajlar Moskva meri Sergey Sobyaninin Saxarova mərkəzində hərbi xidmət üçün miqrantların qəbulu mərkəzinin yaradılacağı ilə bağlı bəyanatı fonunda ortaya çıxıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə