Fransız general Moskvadakı paradı vurmağa çağırıb

Fransız general Moskvadakı paradı vurmağa çağırıb

Ukrayna Silahlı Qüvvələrinin Ryazan və Saratov yaxınlığındakı Rusiya aviabazalarına hücumundan sonra istefada olan fransız general Yakovleff Ukraynanı zərbələrin coğrafiyasını genişləndirməyə və Moskvada keşirilən hərbi paradı nişangaha götürməyə çağırıb. (görünür, o, 9 May Qələbə Paradını nəzərdə tutur-A.B.)

Yakovleff hesab edir ki, Kiyev parad kortejini qanuni hərbi məqsəd elan edə bilər.

Ukrayna Rusiya daxilində vəziyyəti sabitləşdirmək üçün Moskvaya zərbə endirə bilər. Bu barədə LCI telekanalının efirində istefada olan fransız general Mişel Yakovleff deyib.

“Ukrayna vəziyyəti sabitləşdirmək üçün başqa hücumlar da edə bilərdi. Daha çox simvolik məqsədlər üçün. Moskvanı atəşə tuta bilərdilər. Məsələn, Moskvada növbəti böyük parad zamanı bunu hərbi hədəf hesab edib, ona zərbə endirə bilərlər”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, fransalı general bunu televiziyadakı çıxışı zamanı deyərkən, aparıcı generala məhz buna görə də ABŞ və NATO-nun Kiyevə daha uzun mənzilli raketlər verməkdən imtina etdiyini xatırladıb.

Yakovleff isə artıq ukraynalıların, deyəsən, müstəqil şəkildə Rusiya ərazisinə zərbələr endirməyə qadir olan silahlar istehsal edə bildiklərini deyib.

Bu sözlə fransalı hərbçi Ryazan və Saratov vilayətlərindəki aerodromlarda baş verən son insidentlərə eyham vurub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə