“Putinlə danışmağa davam edəcəyəm, çünki…”

“Putinlə danışmağa davam edəcəyəm, çünki…”

Almaniya kansleri Olaf Şolz fərqli fikirdə olduğu Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını davam etdirəcəyini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Seçki dairəsi olan Potsdam şəhərində vətəndaşlarla görüşən O.Şolz açıqlamalar verərək deyib: “Ukrayna müharibəsindən sonra Rusiya prezidenti V.Putinlə çoxlu uzun telefon danışıqlarımız olub. Söhbətlər nəzakətli şəkildə keçir. Putinlə tamamilə fərqli düşünürük, bununla belə, mən onunla danışmağa davam edəcəyəm. Çünki bu vəziyyətdən çıxmağın mümkün olduğu o anı görmək istəyirəm. Bir-birinizlə danışmadan olmaz.

Müharibə başlayandan (24 fevral) Putinin dediyi və nail olmaq istədiyi məsələlərdə bəzi şeylər dəyişib, lakin onun Ukrayna ərazisinin bir hissəsini zorakılıqla tutmaq istəyi ilə bağlı heç nə dəyişməyib.

Rusiya tərəfinin də çox sayda itkisinə baxmayaraq, bu mövzuda heç bir şeyin dəyişmədiyini təəssüf hissi ilə qeyd edirəm.

“Dəqiq olmasa da, təxminən 100 min rus əsgəri ölüb. Bu, digər müharibələrlə müqayisədə kifayət qədər çoxdur”.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz Ruisya-Ukrayna müharibəsi başlayandan müxtəlif fasilələrlə Ruisya prezidenti ilə telefonda danışıb. Onların arasında son danışıq dekabrın 2-də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə