2022-ci ilin 23 noyabrında həbs edilən İranın dini başçısı Əli Xamneyinin qardaşı qızı Fəridə Muradxaniyə verilən 15 il həbs cəzası apellyasiya məhkəməsi tərəfindən 3 ilə endirildi. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
F.Muradxaninin vəkili Muhammed Hüseyn Akasi “twitter” hesabında müvəkkilinin yurisdiksiya haqqı olmayan Dini adamların xüsusi məhkəməsində mühakimə edildiyini və 15 il həbs cəzasına məhkum olunduğunu, apellyasiya məhkəməsinin isə müvəkkilinin cəzasını 3 ilə endirdiyini paylaşıb.
Xatırladaq ki, 2021-ci ildə İranın devrilmiş başçısı Məhəmməd şah Rza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi ilə virtual söhbətə qatılan Fəridə Muradxani onu tərifləmiş, bundan az sonra oktyabr ayında həbs edilmişdi. 2022-ci ilin aprelində girov müqabilində azadlığa buraxılan Muradxani 22 yaşlı Məhsa Əmininin xəstəxanaya aparılaraq orada sentyabrın 16-da həyatını itirməsindən sonra başlayan nümayişlərə dəstək verdi, sonra istintaqa cəlb olundu və noyabrın 23-də həbs edildi. Onun həbsindən sonra İran hökumətini təqsirləndirən video paylaşıldı. Muradxani videoda İran administrasiyasını özünün heç bir dini qaydalara əməl etməməkdə, güc tətbiq etməkdə və hakimiyyətini saxlamaq üçün başqa qanun və qaydaları tanımamaqda günahlandırıb, iranlıların verdikləri azadlıq mübarizəsində tək qaldıqlarını söyləyib, İrana tətbiq edilən sanksiyaların təsirsiz olduğundan şikayət edib, BMT-nin bu açıq-aşkar zülmə qarşı bir neçə qısa və təsirsiz bəyanatdan başqa heç nə vermədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB