Bosniya və Herseqovinada əlverişsiz hava şəraiti fəsadlar törədib.
SİA xəbər verir ki, güclü leysan yağışları bir çox şəhərlərdə daşqınlara səbəb olub. Banya Luka və Priyedor şəhərlərində evləri su basıb. İnfrastruktura ciddi ziyan dəydiyi, insan tələfatının olmadığı bildirilib. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına mülki-müdafiə qüvvələri cəlb olunub.
Ölkə ərazisində əlverişsiz hava şəraitinin davam edəcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB