Oktyabrda rusiyalıların xarici valyutada depozitlərinin həcmi 56 milyard dollara düşüb. Bu, 2008-ci ilin sonundan bəri ən aşağı göstəricidir.
SİA bu barədə Rusiya Bankının rus saytlarında yer alan məlumatlarına istinad edir.
Beləliklə, oktyabrda əhalinin xarici valyutada olan əmanətləri 6 faiz (3,6 milyard dollar) azalaraq 56 milyard dollar olub. Qeyd edək ki, 2008-ci ilin dekabrında bu rəqəm 52,7 milyard dollar təşkil etmişdi.
2022-ci ilin əvvəlindən xarici valyutada əmanətlərin həcmi rekord həddə - 38,05 faiz və ya 36,7 milyard dollar azalıb. Yenə də qeyd edək ki, əvvəllər əmanətlərin maksimum azalması 2020-ci ildə baş vermişdi, o zaman 10 ay ərzində onların həcmi 9,3 faiz və ya 8,7 milyard dollar azalmışdı.
Bu arada, bu ilin 10 ayı ərzində rusların xarici banklardakı əmanətləri 37,5 milyard dollardan, 68,1 milyarda qədər artıb.
Xaricə pul köçürmələrinin həcmi isə sentyabrda rekord olan 6,7 milyard dollara qarşı oktyabrda 5 milyard dollara qədər azalıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB