Tokio Rusiyaya "hərbi yardım edir"?

Tokio Rusiyaya "hərbi yardım edir"?

Tokio Rusiyaya işlənmiş avtomobillər verməklə ona hərbi yardım göstərmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Yaponiyanın baş naziri Fumio Kişida deyib.

Belə ki, şənbə günü keçirilən mətbuat konfransında jurnalistlər Kişidadan Yaponiyanın Rusiyadan təbii sərvətlər almaqla və işlənmiş avtomobilləri “böyük miqdarda tədarük etməklə” ona “faktiki hərbi yardım” göstərib-göstərmədiyini soruşublar.

Baş nazir isə Yaponiyanın faktiki olaraq Rusiyaya hərbi yardım göstərməsi ilə bağlı iddiaların düzgün olmadığını deyib.

Onun sözlərinə görə, Tokioda Rusiyaya göndərilən işlənmiş avtomobillərdən hərbi məqsədlər üçün istifadə olunduğu barədə məlumat yoxdur. Əgər belə məlumatlar ortaya çıxarsa, o zaman bəzi hallarda ixrac məhdudiyyətləri tətbiq olunacaq.

Kişida əlavə edib ki, Tokio dərhal Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməklə Böyük yeddilik ölkələri ilə ayaqlaşır. Bu tədbirlər çərçivəsində Rusiya neftinin Yaponiyaya ixracının həcmi əsaslı şəkildə azaldılıb. Yaponiya Maliyyə Nazirliyinin statistik məlumatlarına görə, iyul və avqust aylarında kiçik həcmlər istisna olmaqla, Yaponiya iyun ayından Rusiyadan neft və neft məhsulları idxal etməyib.

Bundan əvvəl Yaponiya Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Belə ki, bura bank aktivləri dondurulub və ixrac məhdudiyyətləri tətbiq edilib.

Yeri gəlmişkən, yeddi il əvvəl ABŞ Maliyyə Nazirliyinin Terrorla Mübarizə Departamenti İslam terrorçularının ağır silahlar üçün platformaya çevrilmiş yüzlərlə yeni Toyota pikapını necə əldə etdiklərini öyrənmək qərarına gəlib. Bununla belə, yaponlar terrorçuların yük maşınlarını haradan aldıqları barədə "heç bir məlumatlarının olmadığını" bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə