Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb

Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb

Terror təşkilatı PKK-dan qaçan daha 2 terrorçu da təhlükəsizlik qüvvələrinə təslim olub.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.
Məlumatda təslim olan terror təşkilatı üzvlərinin 2014-2015-ci illər arasında PKK-ya qoşularaq İraq və Suriyada fəaliyyət göstərdikləri vurğulanıb.
Qeyd edək ki, yanvarın 1-dən etibarən Təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 119-a çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə