İşğal altında olan Krımın Sovetskoye kəndində rus işğalçılarının yerləşdirildiyi binada genişmiqyaslı yanğın baş verib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, yayımlanan görüntülərdə yanğının xeyli ərazini əhatə etdiyi, alovun bir neçə on metrə qədər yüksəldiyi görünür.
Maraqlıdır ki, hadisə şahidləri olayın daha çox rus döyüşçülərin sərxoş olması ilə əlaqələndiriblər.
Müxtəlif mənbələrə görə, binada bir neçə yüz nəfər yeni səfərbər olunmuşlar olub.
Qeyd edək ki, yanğının bu gün səhər saatlarında başladığı bildirilir. Sosial şəbəkələr yaralılar haqqında yazsa da, amma rusların itkiləri ilə bağlı məlumatlar verilmir. Hazırda bunun dəqiqləşdirildiyi bildirilir.
Bu arada Ukrayna saytlarının yazdığına görə, genişmiqyaslı işğalın ilk günlərindən Rusiya Krımdan hazırda şiddətli döyüşlərin getdiyi Ukraynanın cənubuna döyüş sursatı və texnika daşımaq üçün post kimi istifadə edir.
Bu baxımdan son vaxtlar yarımadada qəribə partlayışların baş verməsi halları tez-tez baş verir. Onu da qeyd edək ki, ən səs-küylü insident Saki hərbi aerodromunda Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsinin yandırılması zamanı baş verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB