Krasnoyarsk diyarının Kansk şəhərində 12 yaşlı oğlana hərbi komissarlıqdan çağırış vərəqəsi göndərilib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənədin fotosu “VKontakte” sosial şəbəkəsinin “PE Kansk” qrupunda dərc olunub.
Sənədin mətnində qeyd olunur ki, ünvan sahibi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna uyğun olaraq “ilkin hərbi qeydiyyatdan” keçməlidir.
Vəziyyət belədir, uşağın 12 yaşı var, Kansk hərbi komissarlığından çağırış gəlib. Nəşr sual edir, uşaqdan hərbi komissarlığa gəlmək və hərbi qeydiyyata dayanmaq tələb olunur?
Maraqlıdır ki, bu məsələ ilə bağlı şərhlərdə İrinessa Sibirskaya adlı istifadəçi çağırış vərəqəsinin dostunun beş yaşlı oğuluna da gəldiyini bildirib
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin saytında qeyd olunur ki, hərbi qeydiyyata alınmaq üçün ilkin qeydiyyat 17 yaşı tamam olan vətəndaşların yanvarın 1-dən martın 31-dək hərbi qeydiyyata alınması üzrə komissiya tərəfindən aparılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB