“Qazprom” Çinə qaz tədarükü üzrə yeni rekorda imza atıb

“Qazprom” Çinə qaz tədarükü üzrə yeni rekorda imza atıb

Dekabrın 9-da “Qazprom” “Sibirin gücü” qaz kəməri ilə Çinə gündəlik qaz tədarükü üzrə yeni rekorda imza atıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri şirkətin mətbuat xidməti Telegram kanalında yayıb.

Bildirilir ki, şirkət qaz alqı-satqısı müqaviləsi üzrə müəyyən edilmiş öhdəlikləri 16,4 faiz artıqlaması ilə yerinə yetirib.

“Qazprom”un mətbuat xidməti bildirib ki, şirkət Çin CNPC-nin 2022-ci il üçün əvvəllər təsdiq edilmiş cədvələ uyğun olaraq mavi yanacağın gündəlik tədarükünü artırmaq tələbini yerinə yetirir.

Verilən məlumata görə, 2023-cü ildə “Sibirin Gücü” qaz kəməri ilə Rusiya qazının Çinə tədarükünün həcmi 22 milyard kubmetr (keçən il Rusiyanın Avropaya ümumi ixracının təxminən yeddidə biri) həcmində planlaşdırılır.

Sibirin gücü 2027-ci ildə elan edilmiş 38 milyard kubmetr səviyyəsinə çatmalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə