Sloveniyanın daxili işlər naziri Tatyana Bobnar istefa məktubunu baş nazir Robert Qoloba göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bobnar verdiyi açıqlamada Baş nazir Qolobun polis rəisi təyin etmək istədiyi adı və yaratmaq istədiyi komandanı qəbul etməməsindən sonra istefaya qərar verdiyini bildirib.
Ölkə mətbuatı həmçinin bildirib ki, Bobnar siyasi repressiyalarla bağlı hesabat hazırlayıb və bu hesabatı Sloveniya Dövlət Prokurorluğuna və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına göndərib. Xəbərdə baş nazir Qolobun Bobnarın istefasını qəbul edəcəyi bildirilib.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB