Bolqarıstandan Ukraynaya silah yardımı paketi

Bolqarıstandan Ukraynaya silah yardımı paketi

Bolqarıstanda parlament Ukraynanın Rusiyaya müqavimətini dəstəkləmək üçün bu ölkəyə edəcəyi silah yardımı paketini təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, göndəriləcək silahların siyahısı əvvəlcə parlamentdə milli təhlükəsizlik və müdafiə komissiyalarının qapalı iclasında müzakirə edilib.

Məxfilik şərti ilə silah növləri açıqlanmasa da, Ukraynanın tələb etdiyi S-300 raketləri və MiQ təyyarələrinin daxil olmadığı açıqlanıb. Parlamentin Müdafiə Komissiyasının sədri Xristo Qacev deyib: “Biz Ukrayna şəhərlərinin səmasını Rusiya pilotsuz təyyarələrindən qoruyacaq texnologiyalar göndərəcəyik”, deyib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə