Rusiya ilə İran arasında ticarət dövriyyəsi təxminən 10 milyard dollara çatdığını deyən Avrasiyanın İqtisadi Araşdırmalar Mərkəzinin direktoru Mehdi Azadvari, onun 10 dəfə artırılması potensialını olduğunu da istisna etməyib
“İran İslam Respublikasının Tehran şəhərində yerləşən Avrasiya İqtisadi Araşdırmalar Mərkəzinin direktoru Mehdi Azadvari bildirib ki, bu gün Rusiya Federasiyası ilə İran arasında ticarət dövriyyəsi 10 milyard dollara yaxındır. Onun 10 dəfə artırılması üçün də ehtiyatlar var”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Şimali Osetiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti yayımlayıb.
Azadvarinin fikrincə, sənaye və digər sahələrdə qarşılıqlı faydalı planlar ticarətin artmasına kömək edə bilər.
Ekspert həmçinin Şimali Osetiya və İranda birgə ticarət-iqtisadi evin açılmasını da təklif edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB