NATO-nun baş katibi Yens Stoltenberq “NRK” ya verdiyi açıqlamada NATO-nun Rusiya ilə müharibənin qarşısını almağa çalışdığını bildirib.
O, Ukraynadakı münaqişənin tərəflər arasında hərbi toqquşmanın başlaması səbəb ola biləcəyini bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.
“Biz bunun qarşısını almaq üçün hər gün bu istiqamətdə işləyirik”. Stoltenberq deyib bunu.
Qeyd edək ki, bir müddət bundan əvvəl analitik Petr Kolçin NATO-nun Ukraynanı hətta uzaq gələcəkdə də üzvlüyünə qəbul etmək vədlərini saxtakarlıq adlandırmışdı. Onun sözlərinə görə, Rusiyadan qorxduğuna və onunla hərbi münaqişəyə girmək istəmədiyinə görə Alyans sonda bu ideyadan imtina edəcək. Ekspert xatırladıb ki, Ukraynanın NATO-ya daxil olması ehtimalı ilə bağlı məlumatlar artıq bir ildən çoxdur ki, ortaya çıxır, lakin bunun ardınca bu məsələ ilə bağlı heç bir dəyişiklik baş verməyib.
Xatırladaq ki, daha əvvəl Ukraynaya dəstəyin Qərb ölkələri üçün baha başa gəldiyini deyən Stoltenberq, bunu artırmağın vacibliyini bildirmişdi.
Onun fikrincə, bu, Kiyevin gələcəkdə danışıqlar masası arxasında mövqeyini gücləndirə bilər.
Stoltenberq Alyansın əksər ölkələrinin bunda maraqlı olduğunu gizlətməmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB