Öskürək səsindən pnevmoniyanı tanımaq üçün süni intellekt yaradılıb

Alimlər öskürək səslərini dinləməklə pnevmoniyanı tanıyan süni intellekt proqramı hazırlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın Hanyang Universitetinin tədqiqatçısı Jin Yong Jeon və onun komandası süni intellekt yetişdirmək üçün pnevmoniya diaqnozu qoyulmuş insanların səsindən istifadə edib.

Təcrübədə hər otağın və qeyd aparatının fərqli olmasına diqqət yetirilib. Beləliklə, süni intellektə otaqların akustikasında və qeyd cihazlarında edilən texniki dəyişikliklər təsir göstərməyəcəkdi. Buradan əldə edilən məlumat öskürək səsləri ilə birləşdirildikdə, süni intellektin istənilən mühitdə pnevmoniyanı tanıya biləcəyi görüldü. Komanda araşdırmanın nəticələrini dekabrın 5-də Amerika Akustika Cəmiyyətinin 183-cü iclasında təqdim edib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə