ABŞ terrorçuları bu ölkəyə qarşı silahlandırır

ABŞ Suriyanın şimalında PKK terrorçularına dəstəyini davam etdirir. SİA xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzei təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Amerika tərəfi Türkiyə Silahlı Qüvvələrinin quru əməliyyatı keçirmək niyyətində olduğu ərazilərdə terrorçuları silahlandırır.

“Hələlik Suriyanın şimalında PKK terror təşkilatının düşərgələrinə qarşı əməliyyata hazırlıq gedir. Terrorçuları yetişdirən ABŞ PKK/YPG ilə “patrul əməliyyatları”nı bərpa etdiyini açıqlayaraq daha bir addım atıb. Amerika tərəfinin terror təşkilatına “Biz sizinləyik!” mesajı göndərib” - məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə