Tacikistan 100 milyon dollardan çox elektrik enerjisi satıb.

Tacikistan 100 milyon dollardan çox elektrik enerjisi satıb.

Hazırda Tacikistanın regionlarında elektrik enerjisinə limit tətbiq edilib. Son həftələr bəzi yerlərdə elektrik enerjisinin veriliş sürəti sutkada 5 saata endirilib. Yerli sakinlər soba alıb kömür ehtiyatı saxlayırlar.

SİA-nın əldə etdiyi məlumata görə, oktyabrın 12-də “Barki Tojik” dövlət enerji holdinqi ölkədə elektrik enerjisinin verilməsində məhdudiyyətlərin tətbiq olunduğunu təsdiqləyib, lakin eyni zamanda bunun zəruri tədbir olduğunu qeyd edib. Şirkət açıqlamasında bildirib ki, Nurək su anbarı ən yüksək həddə qədər dolu olsa da, yaza qədər suyun çatmaması ehtimalı var. Bu vəziyyət, "Barki Tojik" rəsmilərinin fikrincə, bu il 1 milyard kilovatsaatdan çox elektrik enerjisi çatışmazlığına səbəb olub.

Qeyd edək ki, Tacikistan, bağlanmış müqavilələrə uyğun olaraq, Əfqanıstan və Özbəkistana elektrik enerjisi verir. Hakimiyyət payız-qış mövsümündə xaricə elektrik enerjisinin verilməsinin azalacağını bəyan edib. Statistika agentliyinin məlumatına görə, oktyabrda elektrik enerjisi ixracından gələn gəlir sentyabr ayı ilə müqayisədə 1 milyon dollardan çox azalıb.
Tacikistan Əfqanıstana elektrik enerjisinin əsas tədarükçülərindən biridir. Və Düşənbənin Əfqanıstanın yeni rəhbərliyinin siyasətini tənqid edənlərdən biri olmasına baxmayaraq, keçən ilin avqustunda “Taliban” hakimiyyətə gəldikdən sonra Əfqanıstana elektrik enerjisinin verilməsi dayanmadı. Tacikistan hakimiyyəti Əfqanıstana elektrik enerjisinin verilməsinin “sosial xarakter daşıdığını” deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə