Türkiye ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçiriləcək

Türkiye ilə Rusiya arasında siyasi məsləhətləşmələr keçiriləcək

Türkiyə ilə Rusiya arasında 8-9 dekabr tarixlərində siyasi məsləhətləşmələr keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, nümayəndə heyətlərinə Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri Sedat Önal və Sergey Verşinin rəhbərlik edəcək.
İstanbulda keçiriləcək görüş çərçivəsində taxıl sazişinin icrası, Suriya, Liviya və Fələstin kimi regional məsələlərin müzakirə olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə