İranda etirazçılardan biri edam olunub

İranda etirazçılardan biri edam olunub

İranda aksiyalar zamanı həbs edilən etirazçılardan biri edam olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu, sentyabr ayından davam edən aksiyalar çərçivəsində etirazçının edam olunması ilə bağlı ilk belə haldır.

Məlumata görə, Möhsen Şakiri adlı bu şəxs etiraz aksiyalarında SEPAH-a bağlı olan “Bəsic” qüvvələrinin üzvü ilə dava etməkdə ittiham olunub.

İddialara görə, Şakiri öz vəfizə öhdəliklərini yerinə yetirən “Bəsic” üzvünə qarşı soyuq silahdan istifadə edib və onu öldürmək istəyib. Bununla yanaşı, sözügedən şəxs Tehranda Səttar-xan bölgəsində küçələrin bağlanmasında və bıçaqla insanlara hədə-qorxu gəlməkdə də günahlandırılıb.

Qeyd edək ki, İrandakı etiraz aksiyaları zamanı 10 mindən çox etirazçı saxlanılıb. İran rəhbərliyi artıq 5 etirazçı barəsində ölüm hökmü çıxarıb. Həmin şəxslər Kərəc şəhərində polis əməkdaşı Ruhulla Adamianın qətlə yetirilməsində təqsirli bilinib.

Bütün xəbərlər Facebook səhifəmizdə