Britaniya hökuməti 30 ildə ilk dəfə ölkədə kömür mədəninə lisenziya verildiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın İnkişaf və Sosial Yaşayış üzrə naziri Maykl Qov Kumbrianın şimal-qərbində kömür mədəni layihəsini təsdiqləyib. Bu barədə hökumətin bəyanatında deyilir. Açıqlamada, "Bu kömür ölkədə istehsal olunmadığı təqdirdə xaricdən idxal edilməli olan poladın istehsal mərhələsində istifadə olunacaq. Elektrik enerjisi istehsalı üçün istifadə edilməyəcək" deyilir.
İngilis mətbuatında 165 milyon funt-sterlinq sərmayə ilə mədəndən ildə 2,8 milyon ton kömür hasil edilməsinin gözlənildiyi bildirilib və hökumətin ilk olaraq bir kömür mədəninə lisenziya verdiyinə diqqət çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə