Ukrayna Rusiyanın Sibirdəki hədəflərinə hücum edə bilər?

Ukrayna Silahlı Qüvvələri Rusiyanın içərilərinə, o cümlədən Sibirdəki vacib hədəflərə hücum edə bilər.

Qeyd edək ki, SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, belə bir, rusların dediyi kimi, hədə ilə Kiyevin adı açıqlanmayan müdafiə müşaviri çıxış edib.

Onun sözlərinə görə, pilotsuz təyyarələrdən istifadə edilən bu cür hücumlar Ukraynaya münaqişədə qalib gəlməyə kömək etməyəcək, lakin “Rusiya ərazisinə təsir göstərmək əməliyyatlarına” təsir göstərə bilər.

Maraqlıdır ki, xarici nəşrlərin yazdığına görə, Qərb dövlətləri Ukraynanın bu cür hərəkətlərini elə də dəstəkləmirlər.

Məsələn, bununla bağlı məsələyə münasibət bildirən mənbə, bunu pilotsuz təyyarələr buraxan özəl sektorun hökumətlə birgə təşəbbüsü kimi qələmə verirlər.

Qeyd edək ki, Ukrayna ilə Sibir arasındakı məsafə elə də az məsafə deyil və bu yolu qət edə biləcək pilotsuz təyyarələr hazırlamaq üçün avadanlıqların istehsalına vaxt lazımdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə