Artıq "F-16"ları almalıyıq- Mövlud Çavuşoğlu

“F-16 qırıcıları ilə bağlı müzakirələr müsbət istiqamətdə davam edir, artıq bu təyyarələri almalıyıq".

SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu moldovalı həmkarı Niku Popesku ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ rəsmiləri də bu barədə açıqlamalar verib: “Ağ Ev "F-16"nın tədarükünün NATO üçün də faydalı olduğunu təsdiqləyib. Artıq proses başa çatmalıdır, "F-16"ları almalıyıq. Bu, hər kəsin xeyrinədir".

Bütün xəbərlər Facebook səhifəmizdə