Qadının dəyişimi görənləri şoka saldı - FOTOLAR

Keçmişdə çəkisi 272 kiloya çatan Tereza Parent səbr göstərərək arıqlamağı bacarıb. Mübarizəsini sosial şəbəkədə izləyiciləri ilə paylaşan şəxs həyatını xilas etmək üçün çox mübarizə apardığını və sallanan dərisinin hədəflərinə çatmasına mane olmamasını haqda danışıb. SİA xarici mediaya istinadən xəbər verir ki, sallanan dərisini çıxarmaq üçün əməliyyata az qalmış bədənini "TikTok”da paylaşan valideyn pərəstişkarlarını ruhlandırıb.

1,7 milyon baxış yığan postunda Parent göz yaşlarına hakim ola bilməyib. O, qeyd edib ki, əvvəllər 272 kq çəkisi olub və həyatının son dörd il yarımında 167 kq arıqlamaq üçün xeyli çalışıb. O, əməliyyatdan öncə bu sözləri deyib: "Mən öz həyatımı xilas etmək üçün çox çalışdım və bir neçə gündən sonra bunların hamısı yox olacaq. Həyatım əbədi olaraq yaxşılaşacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə