Yerli energetiklər dekabrın 5-də Rusiyanın Ukraynanın kritik infrastrukturuna həyata keçirdiyi raket hücumunun nəticələrini yaxın günlərdə aradan qaldıracaqlarına söz verirlər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Baş nazir Denis Şmıqal hökumətin iclasında deyib. Onun dediyinə görə, enerji sistemi toxunulmaz və nəzarət altında qalıb.
Dünən hava hücumundan müdafiə qüvvələri 60-dan çox Rusiya raketini zərərsizləşdirib deyən Şmıqala görə, bu, inanılmaz nəticədir ki, bunun sayəsində çoxlu insan həyatını xilas etdi və enerji sistemimiz toxunulmaz qaldı.
Baş nazirin dediyinə görə, ruslar ayrı-ayrı enerji obyektlərini vurmasına baxmayaraq, energetiklər önümüzdəki günlərdə dünənki raket atəşinin nəticələrini aradan qaldıracağına söz veriblər.
Qeyd edək ki, Şmıqal, enerji sistemində enerji çatışmazlığının gələcəkdə də davam edəcəyini gizlətməyib. Onun dediyinə görə, indi bu, proqnozlaşdırılan istehlakın 19 faizini təşkil edir. Ümumilikdə, son aylarda magistral şəbəkələrin əsas obyektlərinin 35 faizi rusların kütləvi hücumları nəticəsində zədələnib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB