“Biz Ukraynaya hərbi yardım göstərə bilmərik...”

“Biz Ukraynaya hərbi yardım göstərə bilmərik...”

Gürcüstan hakimiyyəti Kiyevə hərbi yardım etməyi planlaşdırmır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu çərşənbə axşamı, dekabrın 6-da “Gürcü arzusu”nun sədri Mamuka Mdinaradze bildirib.

Mdinaradzenin sözlərinə görə, Ukrayna rəsmiləri dəfələrlə Gürcüstandan silah və hərbi texnika istəsələr də, amma Tbilisi bu müraciətlərin heç birinə məhəl qoymayıb.

Gürcüstan səlahiyyətlisi, ölkəsinin Ukraynaya hərtərəfli olaraq siyasi və humanitar dəstək verdiyini gizlətmir. Amma buna baxmayaraq, o, “biz Ukraynaya hərbi yardım göstərə bilmərik və bun etməyəcəyik” deyə bildirir.

Qeyd edək ki, Mdinaradze bunu ölkənin özünün həll olunmamış ərazi problemlərinin olması ilə izah edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə