Çin keçmiş lideri Cianq ilə vidalaşır

Noyabrın 30-da Çində vəfat edən keçmiş prezident Cianq Zimin son səfəri ilə vidalaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, leykoz və çoxlu orqan çatışmazlığından 96 yaşında dünyasını dəyişən keçmiş Çin liderinin Böyük İcma Salonunda anım mərasimi keçirilib. Sədr Si Cinpinin və ölkəni idarə edən Kommunist Partiyasının tanınmış şəxslərinin qatıldığı mərasimdə Cianq 3 dəqiqəlik sükutla yad edilib. Şanxayda dünyasını dəyişən Cianqın cənazəsi dünən Babaoşan İnqilab Qəbiristanlığının krematoriyasında yandırılıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə