Əkiz bacılar eyni insanla evləndilər

Əkiz bacılar eyni insanla evləndilər

Hindistanda əkizlər eyni kişi ilə evləniblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Pinky və Rinky adlı qadınlar cümə günü Maharaştra əyalətinin Solapur şəhərindəki Akluj kəndində keçirilən toyda Atul Avtade ilə evləniblər. Mərasimin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Viral videodan sonra sosial şəbəkə istifadəçiləri nikahın qanuni olub-olmadığını müzakirə ediblər. Solapur polisi dünən şikayətdən sonra məsələ ilə bağlı araşdırma başlatdıqlarını açıqlayıb. Bəy barəsində də cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə