Bolqarıstanda avroya qarşı nararazılıq...

Narazı vətəndaşlar bir gün əvvəl Sofiyada Milli Assambleyanın qarşısına toplaşaraq Bolqarıstan levini (...pul vahidi-A.B.) dəstəkləyib və onun avro ilə əvəzlənməsinə qarşı çıxıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bolqar nəşrləri yazıblar.

Verilən məlumata görə, ümummilli etiraz aksiyasının “Vozrojdeniye” partiyası tərəfindən təşkil edildiyi bildirilir.

Nümayişçilərin fikrincə, avro indi dövriyyəyə buraxılarsa, Bolqarıstan “pul suverenliyini itirəcək”. Aksiyanın təşkilatçıları ümumxalq səsverməsi üçün imza toplamağa başladıqlarını da açıqlayıblar.

“Biz Bolqarıstanda avronun tətbiqinin əleyhinəyik, çünki bu, milli suverenliyin son əlamətidir”, - deyə nümayişçilərdən biri bəyan edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl “Renessans” partiyası avrozona ilə bağlı referendumun keçirilməsini, Bolqarıstanın Avropa İttifaqı üzvlüyünə yenidən baxılmasını, ABŞ-ın yeni təyyarələrini almaqdan və Ukraynaya silah verməkdən imtina etməyi tələb ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə