Çin polisinin xaricdə, əsasən Avropa və Afrikada 100-dən çox şöbəsi var. Onlar bu ölkələrdə yaşayan Çin vətəndaşlarına casusluq etməklə, bəzi hallarda onları təqib edərək vətənlərinə qaytarmaqla məşğuldurlar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Madriddə yerləşən “Safeguard Defenders” hüquq müdafiə təşkilatının hesabatına bildirilib.
Qeyd edək ki, bir müddət bundan əvvəl əldə edilən hesabatda Çinin digər ölkələrlə bağladığı ikitərəfli müqavilələr əsasında fəaliyyət göstərən polis missiyaları şəbəkəsinin dünyanın ən azı 53 ölkəsində fəaliyyət göstərdiyi bildirilirdi. Amma bu “dünən” idi. Bu gün isə çinlilərin xaricdə fəaliyyət göstərən polis missiyalarına daha 48-nin qatıldığı bildirilir.
Hüquq müdafiəçilərinin sözlərinə görə, Çin polisi xaricdəki şöbələri vasitəsilə xaricdə yaşayan Çin vətəndaşlarına təzyiq göstərir və onları vətənlərinə qayıtmağa məcbur edir. “Safeguard Defenders”ə görə, bununla bağlı polis Çində qalmaqda maraqlı olduqları insanların qohumlarına qarşı şantaj və hədələrdən də istifadə edir.
Qeyd edək ki, bir müddət bundan əvvəl insan haqları müdafiəçiləri Fransa, Serbiya və İspaniyadan məcburi olaraq Çinə qaytarılma faktına “şahidlik” ediblər.
Maraqlıdır ki, rəsmi Pekin öz polis bölmələrinin dünyanın müxtəlif ölkələrində olmasını inkar etmir, lakin onların yalnız xaricdə yaşayan çinlilərə kömək etməklə - məsələn, sürücülük vəsiqəsi kimi yeni sənədlərin alınması və köhnə sənədlərin yenilənməsi ilə məşğul olduğunu iddia edir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venqbinq bildirib ki, bunlar polis idarələri deyil, bürokratik problemlərini həll etmək üçün vətənlərinə gedə bilməyən Çin vətəndaşlarına xidmət etmək üçün “Covid-19” pandemiyası ilə əlaqədar yaradılan “xidmət mərkəzləri”dir.
Yeri gəlmişkən, Çin departamenti bu təşkilatlarda guya könüllülərin işlədiyini iddia edir.
“Çin dünyanı mübarizəsiz zəbt edəcək”. Gərək ki, o vaxt Napoleon Bonapart demişdi bunu.
Görən, Napoleon yanılmayıb ki?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB