Tixi Türkiyənin taxıl sazişi ərzində yürütdüyü strategiyanı alqışlayıb

Tixi Türkiyənin taxıl sazişi ərzində yürütdüyü strategiyanı alqışlayıb

Ukrayna Xarici İşlər Nazirliyinin media və kommunikasiya məsələləri üzrə müşaviri George Tixi Türkiyənin taxıl sazişi boyunca yürütdüyü kommunikasiya strategiyasını yüksək qiymətləndirib.
SİA-nın əldə etdiyi məlumata görə, George Tixi İstanbulda keçirilən Beynəlxalq Strateji Rabitə sammitində çıxış edib. Tixi sammitin Türkiyədə təşkil edilməsinin məqsədəuyğun olduğunu bildirib.
Fevralın 24-də Ukraynada müharibənin başlaması ilə yaşanan qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl daşınması sazişi iyulun 22-də İstanbulda imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə