Rusiya gizli olaraq neft tankerləri alır

Bu arada Qərbin məhdudlaşdırıcı tədbirləri fonunda Rusiyadan neft nəql etmək üçün 100-dən çox tanker alınıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda Rusiyaya əvvəlki tədarük həcmini saxlamaq üçün daha çox gəmi tələb olunacaq.

Qeyd edək ki, Böyük Britaniyanın “Braemar” şirkətinin eksperti Anup Sinqh reyestrlərdə adı açıqlanmayan yeni alıcıların peyda olduğunu bildirib. Əslində yeni alıcıların ruslar üçün işlədiyini istisna etməyən ingiltərəli ekspert naməlum şəxslərin 12-15 il əvvəl buraxılmış tankerləri aldıqlarını bildirib.

Onun dediyinə görə, naməlum alıcılar hər biri 2 milyon bareldən çox neft daşımağa qadir olan 29-a qədər supertanker alıblar. Bundan əlavə, 31 “Suezmax” və 49 “Aframax” tankerinin yeni sahibləri məlum olub.

Qeyd etdiyim kimi, Anup Sinqh gəmilərin əksəriyyətinin Rusiya üçün alındığını istisna etmir.

Onu da qeyd edək ki, Harvard Davis Mərkəzi də böyük tutumlu gəmilərdə adı açıqlanmayan alıcılarla çoxlu sayda əməliyyatların aparıldığını qeyd edib. Mütəxəssislərin fikrincə, satışdan bir müddət sonra tankerlərin əhəmiyyətli bir hissəsi Rusiya Federasiyasında görüntülənib.

Analitiklər “kölgə donanması” üçün gəmilərin alınmasının məhdudlaşdırıcı tədbirlərin təsirini bir qədər azaldacağını, lakin yenə də Moskvanın yanacaq ixracı ilə bağlı problemlərini aradan qaldırmayacağını deyirlər.

Onların ehtimalına görə, tədarüklərin həcmini saxlamaq üçün daha 60-70 tanker tələb olunacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə