Əfqanlar niyə kiçik qızlarını ərə verirlər?

Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlişindən sonra 15 ay ərzində Əfqanıstanda qız uşaqlarının erkən nikaha verilməsinin sayı kəskin çəkildə artıb. Bildirək ki, fəallar və hüquq müdafiəçiləri bu tendensiyanın səbəbini valideynlərin qızlarına “Taliban”la məcburi ərə verməkdənsə, özləri üçün həyat yoldaşı tapmasının daha yaxşı olacağına inanmaları ilə əlaqələndirirlər.

Bundan əlavə, onlara görə, qızları ərə vermək həm də təhlükəsizlik hissi yaradır, yəni evdə çörək yeyənin biri azalacaq! (bir də... yaşlı əfqan kişisi üçün coxun nə ziyanı-A.B) SİA bu barədə xarici qaynaqlara istinad edir.

Qeyd edək ki, hazırda əfqan qızlarının məktəbə getməsi qadağan edilib. Bundan əlavə onlar təzyiqlərdən də əziyyət çəkirlər. Yeri gəlmişkən, bu gün heç bir dövlət tərəfindən tanınmayan "Taliban" hakimiyyəti özü humanitar böhran və iqtisadi çöküş içindədir.

“Toy mənim bütün arzularımı alt-üst etdi”-deyir 12 yaşlı əfqanıstanlı qızcığaz: “Mən çox böyük təzyiqlərlə üzləşdim və məcburi evliliyə razılıq verməkdən başqa çarəm qalmadı”.

“Mən ərə getmək istəmirdim. Ancaq atam mənə xəbərdarlıq etdi ki, imtina etsəm, “Taliban” onu məni döyüşçülərindən birinə ərə verməyə məcbur edəcək”.

Bunu da başqa bir azyaşlı əfqan qızı deyir.

“Ailələr qadınları və qızları “Taliban”la evlənməyə, “Taliban” isə qadınları və qızları onlara ərə gəlməyə məcbur edirlər”.

Qeyd edim ki, bunu “Amnesty International” tədqiqatçısı Nikolette Valdman deyir.

Valdman onu da qeyd edir ki, hakimiyyəti ələ keçirdikdən sonra “Taliban” əfqan qadın və qızlarını tələyə salan bir-birinə bağlı məhdudiyyətlər və qadağalar şəbəkəsi tətbiq edib.

Bu gün Əfqanıstanda “Taliban” ekstremist qruğunun qadınların təhsilinə, işləməsinə və hərəkətliliyinə tam qadağa qoymağı planlaşdırdığı barədə şayiələr dolaşmaqdadır.

Təbii ki, bunun reallaşağı da istisna edilmir.

Qeyd edək ki, “Taliban”ın ali lideri molla Heybətullah Axundzadənin 2021-ci ilin dekabrında verdiyi qadın hüquqları ilə bağlı fərmanla, qızların təhsili və qadınların işi haqqında heç nə deyilmir.

Amma, fərman məcburi nikahları guya qadağan edir, nikah üçün qadınların razılığını tələb edir.

Təbii ki, bu mollanın “imzaladığı fərman”da belədir, real həyatda isə... hər şey göz önündədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə